EN

"Qarabağ"ın ÇL-dəki oyunu bu kanalda yayımlanacaq

"Qarabağ"ın UEFA Çempionlar Liqasında "Atletik Bilbao" ilə səfər matçını yayımlayacaq kanal bilinib. "Bakuinfo" xəbər verir ki, bu barədə İctimai TV (İTV) televiziya məlumat yayıb Bildirilib ki, "Atletik" Bilbao - "Qarabağ" qarşılaşması oktyabrın 22-si saat 20:45-də İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Benfika"ya səfərdə qalib gəlib (2:3). UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda isə "Kopenhagen" üzərində 2:0 hesablı qələbə qazanıb. Bu nəticələrdən sonra komanda 6 xalla 6-cı sırada qərarlaşıb.

Chosen
30
8
bakuinfo.net

9Sources