BAKI, 17 oktyabr. TELEQRAF
Azərbaycanın ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına start verilib.
Teleqraf xəbər verir ki, yarışın ilk matçında Azərbaycanla Belçika milliləri üz-üzə gəlib.
Bayıl Arenada təşkil olunan görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın qollarına Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev imza atıblar.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu oktyabrın 18-də İsrail seçməsinə qarşı keçirəcək.