Bu il Azərbaycanda asğır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə oktyabrın 17-də Daxili İşlər Nazirliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə”, “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlərə”, habelə cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildrilib.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9 faiz, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən, ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb. Qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. pizza hut
Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.
Qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb.
Yol-nəqliyyat hadisələrinin sayı 126 fakt, qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb.
Telegram kanalımız