EN

Zelenski: Putin bundan qorxur

“Vladimir Putin ABŞ-nin Ukraynanı “Tomahavk” raketləri ilə təchiz etmək ehtimalından qorxur.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşdən sonra “NBC News”a müsahibəsində deyib.

“Düşünürəm ki, Putin ABŞ-nin bizi “Tomahavk”larla təmin edəcəyindən qorxur. Məncə, o, həqiqətən də bundan qorxur”, - Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, Ağ Evdə iki saat davam edən danışıqlarda Ukrayna tərəfi yenidən uzaqmənzilli silahlar məsələsini gündəmə gətirib.

“Prezident Trampın “yox” deməməsi yaxşı haldır, amma “hə” də demədi”, - Ukrayna Prezidenti əlavə edib.

Teleqraf.az

Chosen
41
50
hurriyyet.az

10Sources