AZ

Zelenski: “Tramp bizə “yox” da demədi, bu, yaxşı haldır” – VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın “Tomahavk”ın ölkəsinə verilməsinə “hə” və ya “yox” demədiyinə diqqəti cəlb edib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski bu barədə NBC News telekanalının efirində danışıb.

Zelenski qeyd edib ki, ölkəsinin Rusiyaya qarşı birgə zərbələr endirmək üçün bu cür uzaqmənzilli silahlara ehtiyacı var. Çünki Ukraynaya qarşı həyata keçirdiyi kimi, Rusiyaya qarşı da birgə hücumlar həyata keçirmək zəruridir.

“Komandalarımız bunun üzərində işləyir. Açığı, prezident Trampın “yox” deməməsi yaxşı haldır. Amma bu gün “hə” də demədi. Amma dialoqun davam edəcəyinə ümid edirəm”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri ABŞ və Rusiya prezidentlərinin telefon danışığının “Tomahavk” qərarına təsir edib-etməməsi sualına cavab verməkdən imtina edib. Lakin əlavə edib ki, bu məsələ ruslar üçün həssasdır, çünki onlar Ukraynanın bu raketləri almasından qorxurlar.

Xatirə SADİQ

Seçilən
67
50
nocomment.az

10Mənbələr