EN

Millimiz İsrail yığması ilə heç-heçə etdi

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.

Modern.az xəbər verir ki, yığmamız İsraillə üz-üzə gəlib.

"Bayıl Arena" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.

Chosen
40
7
modern.az

10Sources