EN

ABŞ-Rusiya arasında “Tramp-Putin” tuneli

ABŞ Prezidenti Donald Tramp Moskvanın  Rusiya ilə Alyaska arasındakı tunel layihəsini maraqlı adlandırıb.
Ölkə.az “Fox News”ə istinadən  xəbər verir ki,  Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə Rusiya ilə Alyaskanı Berinq boğazı vasitəsilə birləşdirəcək tunelin tikintisi ideyasını müzakirə edib. Cənab Tramp bu təklifi maraqlı adlandırıb və ukraynalı həmkarından bu barədə nə düşündüyünü soruşub.
Zelenski isə  deyib: “Mən buna heyran deyiləm”.
 Donald Tramp gülərək Kiyevin layihədən çətin ki, məmnun qalacağını təsdiqləyib.
Qeyd edək ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev  ABŞ-la Rusiya arasında Berinq boğazında tunel tikmək  və bunu “Putin-Tramp tuneli” adlandırılması təklifi ilə çıxış edib.
Dmitriev belə bir layihənin başa çatdırılması üçün səkkiz il  vaxt və təxminən 65 milyard dollar tələb edəcəyini bildirib. Amma amerikalı milyarder İlon Maskın “The Boring Company “şirkətinin texnologiyası sayəsində 8 milyard dollara başa gələ bilər.
Dmitriev  onu da bildirib ki, Rusiya və Alyaskanı Berinq boğazı üzərindən birləşdirəcək tunel layihəsi ABŞ-ın 35-ci prezidenti Con Kennedi tərəfindən irəli sürülüb. O zaman həmin tunelin adı  şərti olaraq “Kennedi-Xuruşov” adlandırılıb.

Mürtəza

Chosen
52
41
olke.az

10Sources