EN

Hava limanında güclü yanğın: uçuşlar dayandırıldı

Banqladeşin paytaxtı Dəkkədə Beynəlxalq Hava Limanında güclü yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisədən sonra hava limanında uçuşlar dayandırılıb.

Məlumata görə, yük yerlərində başlayan yanğın qısa zamanda geniş əraziyə yayılıb.

“36 yanğınsöndürmə briqadası alovu söndürmək üçün çalışır”, – deyə yanğınsöndürmə idarəsinin rəsmisi məlumat verib.

Müxtəlif aviaşirkətlərdən Dəkkəyə enməsi planlaşdırılan ən azı 5 reys başqa aeroportlara yönləndirilib.

 

 

Chosen
27
2
konkret.az

3Sources