BAKI, 18 oktyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında atəşkəs elan edildikdən sonra 8 gün ərzində atəşkəsi 47 dəfə pozub.
Teleqraf xəbər verir ki, bu barədə Anklavın media bürosu məlumat yayıb.
"Qəzzada atəşkəs qüvvəyə minəndən bəri İsrail rejimi 47 dəfə pozub, nəticədə 38 nəfər ölüb, 143 nəfər yaralanıb", - ofisin "Telegram" kanalında dərc olunan bəyanatında deyilir.
Ofis qanun pozuntularının "bütün anklavda" qeydə alındığını vurğulayıb. Qəzza rəsmiləri həmçinin İsrail qüvvələrinin bu müddət ərzində anklavın bir neçə sakinini saxladığını iddia edirlər.