EN

Millimizin heyəti və matçlarının təyinatları - AÇ

17 yaşadək qadın futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib.

"Football-plus.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Yığma oktyabrın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.

Yığmaya ümumilikdə 18 futbolçu dəvət alıb.
Millimizin

24 oktyabr
Uels - Azərbaycan

Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15.00

27 oktyabr
Kosovo - Azərbaycan

Baş hakim: Briet Braqadottir (İslandiya)
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14.00.

30 oktyabr
Azərbaycan – Moldova

Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya)
Dördüncü hakim: Briet Braqadottir (İslandiya)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15.00.
Chosen
30
2
football-plus.az

10Sources