17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən oktyabrın 21-dək Bakıda təlim-məşq toplanışında olacaq, ayın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.
Msport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels, Kosovo və Moldova yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Turnirin bütün matçları Moldovada təşkil olunacaq. U-17-yə çağırılan futbolçuların adları və oyunların təqvimi aşağıdakı kimidir:
| Nr. | Ad / Soyad | Klub |
| 1 | Aydan Abdullayeva | Sabah |
| 2 | İradə Əsədli | Şəfa |
| 3 | Aylin Quluzadə | Təhsil 8 İOEUGİM |
| 4 | Məryəm Səmədli | Sabah |
| 5 | Aysu Əsədova | Sabah |
| 6 | Aylin Kərimova | Sabah |
| 7 | Ayan Abdiyeva | Liman |
| 8 | Şəhanə Mirzəliyeva | Liman |
| 9 | Suel Polikarpova | Neftçi |
| 10 | Sara Səlimova | Neftçi |
| 11 | Naidə Məmmədova | Dirçəliş |
| 12 | Xədicə Rəhimova | Neftçi |
| 13 | Mehri Məmmədzadə | Baku Juniors |
| 14 | Fatimə Kərimli | Sabah |
| 15 | Tərgül Qəniyeva | Sabah |
| 16 | Yasmin Bəbirova | Təhsil 8 İOEUGİM |
| 17 | Zəhra İsmayılova | Şəfa |
| 18 | Aylin Azadova | Sabah |
24 oktyabr
Uels (U-17, Qadınlar) – Azərbaycan (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
27 oktyabr
Kosovo (U-17, Qadınlar) – Azərbaycan (U-17, Qadınlar)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14:00
Baş hakim: Briet Braqadottir (İslandiya)
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
30 oktyabr
Azərbaycan (U-17, Qadınlar) – Moldova (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya)
Dördüncü hakim: Briet Braqadottir (İslandiya)