EN

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə AzərbaycanOrdusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə ÜmummilliLider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyiuğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəliksükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycandövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən,müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığıqətiyyətli addımların tarixi əhəmiyyətindən danışıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən Ümummilli Liderin strateji kursunun yüksələnistiqamətdə, müasir dövrün reallıqları nəzərə alınaraq uğurla davametdirilməsi nəticəsində müstəqilliyimizin daha damöhkəmləndirildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tambərpa olunduğu xüsusi vurğulanıb.

Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsindəAzərbaycanda dayanıqlı inkişafın təmin olunduğu, dünyəvilikprinsiplərinin qorunduğu, ölkəmizin beynəlxalq aləmdə söz və nüfuzsahibi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda sənədlifilmlər, videoçarxlar və bədii kompozisiyalar təqdim edilib,şəhidlərimizin məzarları və tarix muzeyləri ziyarət olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
115
13
az.trend.az

10Sources