Bu gün ABŞ Qran-Prisi üzrə sprint yarışı baş tutub.
Offsideplus.az xəbər verir ki, yarışa birinci yerdən başlayan Maks Ferstappen birinciliyi əldən verməyib. İkinci yeri "Mersedes"dən Corc Rassel, üçüncü yeri isə "Uilyams"dan Karlos Sayns tutub.
"Maklaren" pilotları Oskar Piastri və Lando Norris startda toqquşaraq, yarışdan kənar qalıblar.
Qeyd edək ki, xallarının sayını 281-ə çatdıran Maks lider Oskar Piastridən 55 xal geridə qalır.