EN

HƏMAS daha iki girovun cəsədini İsrailə təhvil verəcək

Fələstinin Həmas qruplaşması daha iki israilli girovun cəsədini Qırmızı Xaç təşkilatına təhvil verəcək.

NOCOMMENT.az bildirir ki, müvafiq bəyanat İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında dərc olunub.

HƏMAS-ın hərbi qanadının nümayəndələri aydınlaşdırıblar ki, əsirlərin mübadiləsi sazişi çərçivəsində cəsədlərin təhvil verilməsi oktyabrın 18-də yerli vaxtla saat 22:00-da baş tutacaq. Transferin yeri və girovların adları açıqlanmır.

Bundan əvvəl HƏMAS siyasi büro üzvü Məhəmməd Nazzal bildirmişdi ki, qrup ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoymaq planında nəzərdə tutulduğu kimi tərksilahı təmin edə bilməz. O əlavə edib ki, silahlar HƏMAS-a keçid dövründə Qəzza zolağında “təhlükəsizliyə nəzarəti saxlamağa” kömək edəcək.

Chosen
70
nocomment.az

1Sources