EN

“Ukrayna bu ərazilərdən imtina etsə müharibə dayanacaq” – Putindən şok açıqlama 

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadan müharibənin dayandırılması müqabilində Donetsk vilayətinə nəzarətdən imtina etməsini tələb edib. Ulusal.az xəbər verir ki, bu barədə The Washington Post öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Kreml yalnız qismən işğal etdiyi Zaporojye və Xerson vilayətlərinin bəzi hissələrinə iddialardan imtina etməyə hazır ola biləcəyini bildirib. Lakin bu, Rusiyanın Donetsk üzərində tam nəzarətini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir.

Tramp söhbətdən sonra verdiyi açıqlamalarda bu təklifə toxunmayıb. Lakin The Washington Post yazır ki, oktyabrın 17-də keçirilən görüşdə Trampın nümayəndəsi Stiv Vitkoff Ukrayna tərəfinə təzyiq göstərərək Donetskin Rusiyanın nəzarətinə keçməsinin “sülh üçün vacib addım” olduğunu iddia edib. O, arqument kimi bölgədə daha çox rusdilli əhalinin yaşadığını vurğulayıb.

Nəşr qeyd edir ki, bu cür təklif əslində Donbasın işğalını legitimləşdirmək və Moskvanın köhnə tələblərini yenidən gündəmə gətirmək deməkdir. Trampın “sülh planı” kimi təqdim etdiyi təşəbbüs, faktiki olaraq, Kreml üçün strateji üstünlük yaradır.

Ukrayna və Avropa rəsmiləri bu ideyanı qəbuledilməz adlandırıblar. Avropalı diplomatların sözlərinə görə, bu “ukraynalılara öz torpaqlarını satmaq təklifi” kimidir.

Məlumata əsasən, Kiyev Trampın münaqişənin hazırkı cəbhə xəttində atəşkəs çağırışını dəstəklədiyini anlayır. Lakin Ukrayna tərəfi danışıqlara başlamazdan öncə ABŞ və Avropadan Rusiyanın müharibəni yenidən başlatmaması üçün etibarlı təhlükəsizlik zəmanətləri tələb edir.

Chosen
50
50
moderator.az

10Sources