EN

Azərbaycan yığması Millətlər Liqasında İsraillə necə oynadı?

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda İsraillə üz-üzə gəlib.

"Bayıl Arena" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.

Chosen
60
1
sportinfo.az

10Sources