EN

Azərbaycan yığması Millətlər Liqasında növbəti matçını keçirdi

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.
 
Moderator.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda İsraillə üz-üzə gəlib.
 
"Bayıl Arena" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.
 
Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.
 
Chosen
22
7
moderator.az

10Sources