EN

Şimali Makedoniyada yerli seçkilər keçirilir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Skopye, 19 oktyabr, AZƏRTAC

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, 81 bələdiyyə üzrə sədrləri və şura üzvlərini müəyyən etmək məqsədilə səsvermə üçün 3480 seçki məntəqəsi yaradılıb. Ölkədə 1 milyon 832 min 415 seçicinin səsvermə hüququ olduğu bildirilib.

Bələdiyyə sədri vəzifəsi uğrunda 309, ümumilikdə seçki prosesində isə 10 min 490 namizəd mübarizə aparır. Seçkidə 644-ü xarici, 807-si yerli olmaqla, 1451 müşahidəçi fəaliyyət göstərir. Namizədlər səslərin 50 faizdən çoxunu toplaya bilmədiyi halda, noyabrın 2-də ikinci tur seçkilər keçiriləcək.

Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilər keçirilir və bu, sayca 8-cidir. Daha əvvəl 1996-cı, 2000-ci, 2005-ci, 2009-cu, 2013-cü, 2017-ci və 2021-ci illərdə seçkilər baş tutub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
4
azertag.az

5Sources