EN

Yaşıl meydanda ölüm...

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qazaxıstan futbolunda faciəvi hadisə baş verib. "Football-plus.az" xəbər verir ki, “Kayrat”ın yetirməsi olan Dias Toleu oyun zamanı dünyasını dəyişib.”Xan-Tenqri”nin formasını geyən 19 yaşlı oyunçu Qazaxıstanın 1-ci liqasının 25-ci turu çərçivəsində keçirilən “Ekibastus”la ev oyununda vəfat edib. Dias 65-ci dəqiqədə yerə yıxılıb. Onu xərəkdə meydandan çıxarıblar. Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti bir neçə dəqiqədən sonra yeniyetmənin öldüyünü açıqlayıb.Toleu 2006-cı il mayın 4-də Almatıda anadan olmuşdu. O, “Kayrat”ın yetirməsi idi. Bəxtsiz futbolçu 2024-cü ilin aprelində “Xan-Tenqri”yə keçmişdi. Cinah yarımmüdafiəçisinin 1-ci liqanın cari mövsümündə 18 matçda meydana çıxdığını da xatırladaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
icma.az

2Sources