EN

Rusiya ABŞ münasibətləri tunelə girir

ain.az, Azvision portalına istinadən məlumat yayır.

82 km. eni olan Berinq boğazı Rusiya ilə ABŞ-nin arasında ən yaxın məsafədir. Boğazın ortasında yerləşən Diomed adalarının biri Rusiyaya, digəri ABŞ-yə məxsusdur. Onların arasında cəmi 4 km. məsafə var. Bu ideya əvvəllər də ortaya atılıb, amma baha olduğuna görə vaz keçilib. Belə ki, əvvəllər tunelin tikintisi 65 milyard dollar həcmində qiymətləndirilirdi. Amma Dimitriyevin hesablamalarına görə, 70 mil (112 km) uzunluğunda tuneli milyarder İlon Maska məxsus “The Boring Company” şirkəti 8 milyard dollara ərsəyə gətirə bilər. Mask hələ ki heç bir cavab verməyib. Maraqlıdır ki, ideya Tramp-Zelenski görüşünün ərəfəsində səslənib. Tramp onu “maraqlı” adlandıraraq, görüşldə Zelenskinin də fikrini soruşub. Ukrayna prezidenti isə bundan məmnun qalmadığını bildirib.

Kiril Dmitriyev ABŞ prezidentinin dostu və xüsusi nümayəndəsi Stiv Uotkofla işləyir. O, əvvəllər də ABŞ-nin Rusiyanın Arktikadakı enerji layihələrində iştirakını təklif etmişdi. Qeyd edək ki, tunelin özündən əlavə, onun tikiləcəyi regionlara da nəhəng investisiya tələb olunur. Çünki həmin ərazilərdə praktik olaraq nəqliyyat infrastrukturu mövcud deyil. Tariyel Həsənov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
azvision.az

3Sources