AZ

Rusiya-ABŞ münasibətləri tunelə girir

82 km. eni olan Berinq boğazı Rusiya ilə ABŞ-nin arasında ən yaxın məsafədir. Boğazın ortasında yerləşənDiomed adalarının biri Rusiyaya, digəri ABŞ-yə məxsusdur. Onların arasında cəmi 4 km. məsafə var.

Bu ideya əvvəllər də ortaya atılıb, amma baha olduğuna görə vaz keçilib. Belə ki, əvvəllər tunelin tikintisi 65 milyard dollar həcmində qiymətləndirilirdi. Amma Dimitriyevin hesablamalarına görə, 70 mil (112 km) uzunluğunda tuneli milyarderİlon Maska məxsus “The Boring Company” şirkəti8 milyard dollara ərsəyə gətirə bilər. Mask hələ ki heç bir cavab verməyib.

Maraqlıdır ki, ideya Tramp-Zelenski görüşünün ərəfəsində səslənib.Tramp onu “maraqlı” adlandıraraq,görüşldə Zelenskinin də fikrini soruşub. Ukrayna prezidenti isə bundan məmnun qalmadığını bildirib.


Kiril DmitriyevABŞ prezidentinin dostu və xüsusi nümayəndəsiStiv Uotkoflaişləyir. O, əvvəllər də ABŞ-nin Rusiyanın Arktikadakı enerji layihələrində iştirakını təklif etmişdi.

Qeyd edək ki, tunelin özündən əlavə, onun tikiləcəyi regionlara da nəhəng investisiya tələb olunur. Çünki həmin ərazilərdə praktik olaraq nəqliyyat infrastrukturu mövcud deyil.

Tariyel Həsənov
AzVision.az
Seçilən
22
1
azvision.az

3Mənbələr