EN

Şimali Makedoniyada seçkilər keçirilir

Bakı. Trend:

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər startgötürüb.

Trend xəbər verirki, ölkənin 81 bələdiyyəsi üzrə sədrləri və şura üzvlərini müəyyənetmək məqsədilə 3480 seçki məntəqəsi yaradılıb. Ölkədə 1 milyon 832min 415 seçici səsvermə hüququna malikdir.

Bələdiyyə sədri vəzifəsi uğrunda 309 namizəd, ümumilikdə isəseçki prosesində 10 490 namizəd mübarizə aparır. Seçkilərdə 644-üxarici, 807-si yerli olmaqla 1451 müşahidəçi fəaliyyət göstərir.Namizədlər səslərin 50 faizdən çoxunu toplaya bilməsə, noyabrın2-də ikinci tur keçiriləcək.

Qeyd edək ki, Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilərkeçirilir və bu, sayca 8-ci seçkidir. Daha əvvəl seçkilər 1996,2000, 2005, 2009, 2013, 2017 və 2021-ci illərdə keçirilib.

Chosen
92
4
az.trend.az

5Sources