EN

Azərbaycan amputant millisi Millətlər Liqasında növbəti qələbəsini qazandı

Azərbaycanın amputant futbolçulardan ibarət milli komandası Bakıda keçirilən Millətlər Liqasının C qrupunda növbəti oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Ramil Həbibovun rəhbərlik etdiyi yığma bu dəfə Niderland komandası ilə qarşılaşıb. “Bayıl Arena”da baş tutan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun yeganə qolunu Sənan Hacıyev 50-ci dəqiqədə vuraraq komandasına vacib üç xal qazandırıb.

Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsrail yığması ilə isə qolsuz bərabərə qalıb.

Millimiz növbəti matçını bu gün Ukrayna komandası ilə keçirəcək. Görüş saat 17:00-da “Bayıl Arena”da başlayacaq.

Chosen
35
90deqiqe.az

1Sources