EN

Naxçıvanda ayı insanlara hücum etdi - Xəsarət alan var

Babək rayonunda ayı insanlara hücum edib, xəsarət alan var.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Ayı kənddə Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum çəkib.

Nəticədə Məzahir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məzahir Məmmədov Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Chosen
131
16
redaktor.az

10Sources