EN

Xaçmazda tanınmış rəssam itkin düşdü

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xaçmaz rayonunun Alıcqışlaq kənd sakini, 46 yaşlı Pirverdiyev Ədalət Elman oğlu itkin düşüb.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, o, evdən çıxıb bir daha geri qayıtmayıb.

Yerli sakinlər bildiriblər ki, Ədalət Pirverdiyev bir müddət öncə yaxınlarına özünü kanala atıb intihar edəcəyini bildirib.

Daş üzərində oyma sənəti ilə məşğul olan rəssamın 3 övladı var.

Ə.Pirverdiyevin kanala düşmə ehtimalı olduğundan FHN-ə məlumat verilib.

Lakin Alıcqışlaq kəndinin yaxınlığından keçən Samur-Abşeron kanalında su çox olduğunda bu gün aparılan vizual axtarışlar nəticə verməyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
2
globalinfo.az

10Sources