Beş il əvvəl Zəngilanın sükutu qırıldı, torpaq azad nəfəs aldı.
 İllərlə həsrətini çəkdiyimiz o dağlar, o çaylar, o yollar – bir gün birdən-birə “Mən azadam!” deyə səsləndi.
O gün təkcə bir şəhər yox, bir xalq öz inamını geri aldı…
 Hər bir azərbaycanlının ürəyindəki Zəngilan o gün dirildi – şəhidlərin duası, anaların göz yaşları, əsgərlərin nidası ilə…
Beş il ötüb, amma həmin qələbə anı hələ də ucalardadır: havadadır, torpaqdadır, bayraqdadır!..
Zəngilan indi təkcə bir coğrafiya deyil – o, qürurun bərpa olunmuş ünvanıdır.
 Bu torpaq bu gün yenidən canlanır – yollar çəkilir, evlər ucalır, həyat qayıdır…
Böyük Qayıdışın addım səsləri Zəngilan küçələrində eşidilir, torpağın nəfəsi ilə qarışır.
Bizə bu fəxri yaşadanlara – igidlərimizə, şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandanımıza, o Zəfəri yazanlara minnətdarıq!
Beş il azadlıq, beş il qürur, beş il Zəfər!
İmamverdi İsmayılov
Milli Məclisin deputatı
 
                        