EN

Cüdoçularımızdan rekord nəticə - Meksika "Qran-Pri"si

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan "Qran-Pri"də bütün rekordları qırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan bu turnirdə bütün rekordları qırır! Kokauri Lukaş Krpalekə qalib gəldi və komandanın altıncı qızıl medalını qazandı”, - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, cüdoçularımız "Qran-Pri"də altı qızıl, üç bürünc mükafata sahib çıxıb.

Chosen
56
2
football-plus.az

6Sources