EN

Azərbaycan cüdoçuları Qran prini 9 medalla başa vurdular

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan cüdo millisi Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurub.

İdmanxeber.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu medallardan 6-sı qızıl, 3-ü isə bürüncdür.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan komandası turnirin medal sıralamasında birinci olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
3
idmanxeber.az

4Sources