EN

Bank Respublika müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır!

Bakı.Trend:

Bank Respublika müştəri məlumatlarının qorunmasını prioritetsayır.

Hər il oktyabr ayında dünyada “Kibertəhlükəsizlik üzrəmaarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həmfərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayntəhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək,təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.

Bank Respublika bu təşəbbüsə qoşularaq bildirir ki,təhlükəsizlik ilk olaraq Sizdən başlayır. Rəqəmsal mühitdətəhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinəçevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəriməlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təminedilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimimüəyyənləşdirir.

Bank Respublika müştəri məlumatlarının qorunması və rəqəmsaləməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasirtexnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları vədavamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.

Bank Respublika müştərilərə kibertəhlükələrdən qorunmaq üçünaşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:

Şəxsi məlumatlarınızı paylaşmayın
Bank Respublika heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə,SMS kod kimi məlumatları tələb etmir.

Klik etməzdən əvvəl düşünün
Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbəninetibarlılığını yoxlayın.

Hesablarınızı gücləndirin
Çoxfaktorlu autentifikasiya (MFA) və unikal parol hesabınızın əngüclü qoruma üsuludur.

Kart məlumatlarınızı qoruyun.
Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaqmaliyyə risklərinə səbəb ola bilər.

Bildirişləri aktiv saxlayın
SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə köməkedir.

Yalançı lotereya və müsabiqələrə inanmayın.

Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız BankRespublika-nın rəsmi səhifələrində qeyd olunan məlumatlara etibaredin.

Təhlükəsiz şəbəkədən istifadə edin
İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir.Yalnız etibarlı bağlantılardan istifadə edin.

Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin
App Store və ya Google Play-dən kənar mənbələrdən yüklənəntətbiqlər təhlükə yarada bilər.

Sosial şəbəkələrdə ehtiyatlı olun
Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlarafürsət yarada bilər.

Bank Respublika hər kəsi rəqəmsal mühitdə məsuliyyətlidavranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsiməlumatlarını qorumağa çağırır.

Məqalədə:
Chosen
41
12
az.trend.az

10Sources