Bakı. Trend:
Zəngilana köçürülmüş sakinlərdən 360 şəxs məşğulluq tədbirlərinəcəlb edilib.
Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 323 nəfərin rayon ərazisində məşğulluğutəmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 29 nəfərüçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlaryaradılıb), 37 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələrüzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləriaparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansıməşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülmüş sakinlərləbağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.