AZ

Zəngilana köçürülən sakinlərdən 360 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülən sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin sakinlərdən artıq 360 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:

- 323 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülən sakinlərdən 29 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),

- 37 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Seçilən
31
21
vergiler.az

10Mənbələr