EN

Gürcüstan parlamentinə ikinci partiya daxil olur

Giorgi Qaxariya “boykot taktikasının” uğursuzluğunu etiraf edib..

Poliqon xəbər verir ki, Gürcüstan parlamentində ikinci siyasi qüvvə kimi “Gürcüstan naminə” (“For Georgia”) partiyası təmsil olunacaq. Partiyanın sədri və sabiq baş nazir Giorgi Qaxariya bildirib ki, seçkilərdən sonra tətbiq etdikləri boykot taktikasının gözlənilən nəticə vermədiyini nəzərə alaraq parlamentdə fəaliyyətə başlamaq qərarına gəliblər.

Qaxariya qeyd edib ki, partiya seçkilər nəticəsində əldə etdiyi 12 mandatı qəbul edəcək və qanunverici orqanda ölkənin sosial-iqtisadi inkişafı üçün “konstruktiv müxalifət” mövqeyindən çıxış edəcək. “Biz bu qərarı xalqın maraqları naminə və siyasi sistemdə balansı qorumaq üçün verdik”, deyə o vurğulayıb.

Hazırda Gürcüstan parlamentində yalnız hakim “Gürcü Arzusu” partiyası fəaliyyət göstərirdi. Digər müxalif partiyalar, seçkidən sonra narazılıq əlaməti olaraq, öz namizədlərini siyahılardan geri çəkmişdilər. Bununla da, uzun fasilədən sonra Gürcüstan parlamenti ilk dəfə olaraq ikinci siyasi qüvvənin iştirakı ilə formalaşacaq.

Poliqon.info

Chosen
14
poliqon.info

1Sources