EN

İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

Cari ilin yanvar sentyabr aylarında Azərbaycanla İtaliyaarasında ticarət dövriyyəsi 8,9 milyard ABŞ dolları həcmindəolub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu 2024-cü ilin analoji dövri ilə müqayisədə1,4 milyard ABŞ dolları və ya 19,1 faiz çoxdur.

Hesabat dövrü ərzində İtaliya ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 21,7 faizinə cavabdeholub. Beləcə, İtaliya Azərbaycanın hesabat dövründə ən çox ticarətəməliyyatları həyata keçirdiyi ölkələr sırasında birinci yeritutub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 8,5milyard ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu ötən ilin eynidövrü ilə müqayisədə 1,4 milyard dollar və ya 20 faiz çoxdur.

Eyni zamanda, hesabat dövründə İtaliyadan Azərbaycana təxminən374,2 milyard ABŞ dolları məbləğində idxal əməliyyatları həyatakeçirilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədəminlərlə ABŞ dolları və ya 26,5 faiz çoxdur. Beləliklə, İtaliyahesabat dövründə Azərbaycana ən çox məhsul ixrac edən ölkələrarasında doqquzuncu yeri tutub.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsininhesablamalarına əsasən, cari ilin yanvar-sentyabr aylarındaAzərbaycan 173 ölkə ilə ümumi dəyəri 35,476 milyard ABŞ dollarıolan ticarət əməliyyatları aparıb.

Ticarət dövriyyəsinin 18,6 milyard ABŞ dolları ixracın, 16,8milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 6,3 faiz azalıb, idxal isə 14,5 faiz artıb.

Məqalədə:
Chosen
11
az.trend.az

1Sources