EN

Peyvənd gözlənilmədən xərçəngin müalicəsində faydalı oldu

Ajans.az xəbər verir ki,Florida Universiteti və MD Anderson Xərçəng Mərkəzinin alimləri müəyyən ediblər ki, COVID-19 üçün mRNT peyvəndi immunoterapiya alan bədxassəli şiş xəstələrində müalicənin effektivliyini artırır. Tədqiqat Avropa Tibbi Onkologiya Cəmiyyətinin (ESMO) konqresində təqdim olunub. Tədqiqat zamanı irəliləmiş ağciyər və dəri xərçəngi olan 1000-dən çox xəstənin məlumatları təhlil edilib. Nəticələrə əsasən, immunoterapiyaya başlandıqdan sonra 100 gün ərzində COVID-19 peyvəndi alan xəstələrin sağ qalma müddəti təxminən iki dəfə artıb. Maraqlıdır ki, ənənəvi peyvəndlər, məsələn, qripə qarşı peyvəndlər bu cür təsir göstərməyib. Alimlər hesab edirlər ki, mRNT texnologiyasının unikal xüsusiyyətləri bu nəticəyə səbəb olub. Bu nəticələr, xüsusilə immun sistemi zəif olan və müalicəyə zəif cavab verən xəstələr üçün yeni müalicə yanaşmalarının inkişaf etdirilməsinə təkan verə bilər.

 

Chosen
160
Ajans.az

1Sources