J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən AZAL-a məxsus hava gəmisi paytaxta çatıb.
Təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
***13:03
Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Pulkovo" hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə saat 9:43-də (Bakı vaxtılə 10.43-də) Bakıya yola düşüblər", - mətbuat xidməti bildirib.