AZ

Məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatdı

Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar.
ONN media xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Pulkovo" hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə Bakıya yola düşüblər", - mətbuat xidməti bildirib.
***
J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus hava gəmisi paytaxta çatıb.
Təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Seçilən
54
2
onn.az

10Mənbələr