EN

Ətdən sonra süd məhsullarının satışı da MƏHDUDLAŞIR? – AQTA-dan AÇIQLAMA

Dabaq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə mal bazarlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər bəzi vətəndaşlarda süd və süd məhsullarının tədarükü ilə bağlı narahatlıq yaradıb.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı müvafiq qurumdan Bizim.Media.Az-a verilən açıqlamada bildirilir ki, tətbiq edilən məhdudiyyətlər yalnız heyvanların satışına aiddir və süd məhsullarının istehsalı və satışı bu məhdudiyyətlərə daxil deyil.

Qurumun açıqlamasında qeyd olunur ki, sözügedən qərarın süd tədarükü ilə hər hansı bir əlaqəsi yoxdur:

"Dabaq xəstəliyi səbəbilə tətbiq edilən məhdudiyyətlər heyvan bazarlarının fəaliyyətini əhatə edir. Süd və süd məhsullarının tədarükü və satışı əvvəlki qaydada davam etdirilir."

Beləliklə, süd məhsullarının bazarda qıtlığı və ya çatışmazlığı gözlənilmir.

Chosen
26
2
day.az

4Sources