EN

"Yamal sakitliyini qoruyarsa, “Barselona” da yaxşı olacaq"

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes komanda yoldaşı Lamin Yamal barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispan futbolçu bu barədə jurnalistlərə açıqlama verib:

“Lamini uşaqlıqdan tanıyıram və o dünyanın ən yaxşı futbolçusudur. Hər kəs onun haqqında danışacaq və bəziləri onu sarsıtmağa çalışacaq. O sakit olmalıdır – bu sahədə yetkindir. Biz ona dəstək olmağa çalışırıq, çünki o komandamız üçün önəmlidir. O yaxşıdırsa, komandamız da yaxşı olacaq.”

“Barselona” Çempionlar Liqasının ev oyununa hazırlaşır. Komanda oktyabrın 21-də “Olimpiakos” ilə qarşılaşacaq. Bakı vaxtı ilə oyun saat 18:45-də başlayacaq. Son iki turda “mavi-qırmızı”lar 3 xal toplayıb.

Chosen
88
42
90deqiqe.az

10Sources