EN

Güləşçimiz dünya çempionatının finalına yüksəldi

BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.

Chosen
11
2
teleqraf.com

3Sources