Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Şahniyar Bayramov dünyasını dəyişib.
Bu barədə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu məlumat yayıb.
Məlumata görə, Ş.Bayramov oktyabrın 20-də qısa sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Şahniyar Bayramov 1961-ci il iyulun 1-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. O, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra elmi fəaliyyətini biologiya sahəsində davam etdirib və mühüm elmi nəticələr əldə edib.
Tarix: 21 Oktyabr 2025, 09:49