EN

Ramiz Mehdiyevin kürəkəni danışdı Video

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuatda barəsində yayılan xəbərlərin yalan olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, o bu barədə Musavat TV-yə danışıb.

"Faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”, - eks-deputat əlavə edib.

İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.

Qeyd edək ki, bir neçə gün öncə eks-deputat İlham Əliyevin bahalı avtomobili ilə icarədarı olduğu obyektlərdən icarə haqqını yığarkən görüntüləndiyi ilə bağlı məlumatlar yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
13
axar.az

10Sources