Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuatda barəsində yayılan xəbərlərin yalan olduğunu açıqlayıb.
ONN media xəbər verir ki, o, bu barədə Musavat TV-yə danışıb.
"Faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”, - eks-deputat əlavə edib.
İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.
Qeyd edək ki, bir neçə gün öncə eks-deputat İlham Əliyevin bahalı avtomobili ilə icarədarı olduğu obyektlərdən icarə haqqını yığarkən görüntüləndiyi ilə bağlı məlumatlar yayılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta