EN

FIBA Avropa Kuboku: "Neftçi" bu gün Bakıda Estoniya klubunu sınağa çəkəcək

Bakı, 21 oktyabr, AZƏRTAC

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün növbəti oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Estoniya təmsilçisi "Kalev/Kramo"nu sınağa çəkəcək.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" ilk görüşdə Polşanın "Trefl" klubuna 63:92 hesabı ilə məğlub olub. Komanda növbəti oyununu Türkiyənin "Bursaspor" kollektivinə qarşı keçirəcək.

 

 

Chosen
37
4
azertag.az

4Sources