AZ

FIBA Avropa Kuboku: “Neftçi” Bakıda Estoniya klubuna qalib gəlib

Bakı, 21 oktyabr, AZƏRTAC

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Estoniya təmsilçisi "Kalev/Kramo"nu sınağa çəkib.

Bakı İdman Sarayında keçiriləcək görüş təmsilçimizin 95:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Neftçi" ilk görüşdə Polşanın "Trefl" klubuna 63:92 hesabı ilə məğlub olub. Komanda növbəti oyununu Türkiyənin "Bursaspor" kollektivinə qarşı keçirəcək.

 

Seçilən
41
3
azertag.az

7Mənbələr