AZ

“Neftçi” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı

Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Estoniya klubu “Kalev/Kramo” ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş “Neftçi”nin 95:84 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda Polşanın “Trefl” komandasına 63:92 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi növbəti matçını Türkiyənin “Bursaspor” klubu ilə keçirəcək.

Seçilən
20
3
konkret.az

4Mənbələr