EN

Mbappe Ronaldonun rekordunu 11 ildən sonra təkrarladı

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe 11 ildən sonra portuqaliyalı hücumçu Kriştiano Ronaldonun Madrid klubunda əldə etdiyi nadir uğuru təkrarlayıb...

Poliqon xəbər verir ki, İspaniya çempionatının IX turunda "Real Madrid" "Xetafe"ni 1:0 hesabı ilə məğlub edib. Mbappe matçda yeganə qolu 80-ci dəqiqədə vurub.

Bu, onun cari İspaniya çempionatında onuncu qolu olub. O, həmçinin iki məhsuldar ötürmə də verib.

Fransız futbolçu 2014/15 mövsümündən sonra La Liqanın ilk 9 oyununda 10 və ya daha çox qol vuran ilk "Real Madrid" oyunçusu olub. Ronaldo həmin mövsümün eyni dövründə 17 dəfə fərqlənib.

Mbappenin "Real Madrid"lə müqaviləsi iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. O, 2017-ci ildən Fransanın PSJ klubunda çıxış edib.

Ötən mövsüm Mbappe İspaniya çempionatında 31 qol vuraraq "Qızıl buts"u qazanıb. Bütün yarışlarda o, 39 dəfə qol vuraraq debüt mövsümündə ən çox qol rekordunu qırıb. Bundan əvvəlki rekordçu 1992/93 mövsümündə 37 dəfə fərqlənən çilili hücumçu İvan Zamorano idi.

Poliqon.info

Chosen
85
26
poliqon.info

10Sources