Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Demokrat.az-a bildirilib ki, görüşlər zamanı innovasiya, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Astana Hub” İnnovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflər rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Nazir Rəşad Nəbiyevin Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə görüşündə isə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.



10Sources
-
yenicag.azNazir qazax həmkarı ilə bəzi məsələləri müzakirə etdi ( 22621450)
-
avtosfer.azNazir qazax həmkarı ilə bəzi məsələləri müzakirə etdi ( 22620952)
-
demokrat.azAzərbaycanla Qazaxıstan arasında əməkdaşlıq məsələləri müzakirə olundu — FOTOLAR ( 22613038)
-
azerbaijan-news.azAzərbaycanla Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub ( 22612756)
-
azertag.azAzərbaycanla Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub ( 22611907)
-
sia.azAzərbaycan və Qazaxıstan arasında innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub ( 22611763)
-
azertag.azAzərbaycan və Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub ( 22611664)
-
az.trend.azAzərbaycan və Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO) ( 22610386)
-
aia.azAzərbaycan və Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub -Foto ( 22609774)
-
ikisahil.azAzərbaycan və Qazaxıstan İKT sahəsində əməkdaşlığı müzakirə edib ( 22605727)