EN

Aİ etil spirtini yasaqlaya bilər

Bu barədə Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadənxəbəryayıb. Bildirilib ki, yeni təsnifat təsdiqlənərsə,spirtinsəhiyyə müəssisələrində istifadəsi yasaqlanacaq.

Qəzet yazır ki, oktyabrın 10-daECHA-dafəaliyyət göstərən işçi qruplarından biri etil spirtinin"həm xərçəng xəstəliyi riskini, həm də hamiləlik əsnasında ağırlaşma riskini artıran zəhərli maddə"adlandırılması barədə ilkin tövsiyə irəli sürüb. Agentliyin Aktiv Biosidal Maddələr Komitəsinin 24-27 noyabr afalığında keçirəcələcək iclasında bu məsələyə baxılacaq, etil spirtinin "insanlar üçün təhlükəli maddə" kateqoriyasına salınıb-salınmayacağı ilə əlaqədar qərar veriləcək.Yekun qərar isə növbəti mərhələdə Avropa Komissiyası tərəfindən çıxarılacaq.

Spirt (alkoqol) əsaslı dezinfeksiya maddələrihazırda Avropa İttifaqında (Aİ) təhlükəsiz sayılır.Bu maddə, eyni zamanda, 1990-cı illərdən bəri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Əsas dərmanlar siyahısı"na salınıb.

Firudin Həmidli
AzVision.az
Chosen
126
2
azvision.az

3Sources