ain.az, Azvision portalına istinadən məlumat yayır.
Bu barədə Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilib ki, yeni təsnifat təsdiqlənərsə, spirtin səhiyyə müəssisələrində istifadəsi yasaqlanacaq. Qəzet yazır ki, oktyabrın 10-da ECHA-da fəaliyyət göstərən işçi qruplarından biri etil spirtinin "həm xərçəng xəstəliyi riskini, həm də hamiləlik əsnasında ağırlaşma riskini artıran zəhərli maddə" adlandırılması barədə ilkin tövsiyə irəli sürüb. Agentliyin Aktiv Biosidal Maddələr Komitəsinin 24-27 noyabr afalığında keçirəcələcək iclasında bu məsələyə baxılacaq, etil spirtinin "insanlar üçün təhlükəli maddə" kateqoriyasına salınıb-salınmayacağı ilə əlaqədar qərar veriləcək. Yekun qərar isə növbəti mərhələdə Avropa Komissiyası tərəfindən çıxarılacaq. Spirt (alkoqol) əsaslı dezinfeksiya maddələri hazırda Avropa İttifaqında (Aİ) təhlükəsiz sayılır. Bu maddə, eyni zamanda, 1990-cı illərdən bəri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Əsas dərmanlar siyahısı"na salınıb. Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.