EN

Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?

Azərbaycanlı reper Rəşadət Əliyevin Rusiya-Ukrayna müharibəsində həlak olduğu bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə onun həmkarı Əkbər Novruzlu (Epi) məlumat yayıb.

Əkbər Novruzlu bildirib ki, Rusiya-Ukrayna müharibəsində iştirak edən “Qəza Boss” ləqəbli Rəşadət Əliyev döyüş əməliyyatı zamanı həyatını itirib.

Rəşadət Əliyevin Rusiya ordusu sıralarında döyüşə qatıldığı qeyd edilib.

Xəbər 1 dəfə oxunub.
Chosen
77
13
xezernews.az

10Sources